Ağ Ev Türkiyə XİN-nin İDDİALARINA cavab verdi - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Ağ Ev Türkiyə XİN-nin İDDİALARINA cavab verdi

Dünya A- A A+
“ABŞ hökumətinin Türkiyəni çaşdırmaq cəhdlərində iştirak etdiyi və ya dəstəklədiyinə dair istənilən işarə yalandır”. Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev Türkiyənin daxili işlər naziri Süleyman Soylunun açıqlamasına reaksiya verib. Türkiyə çoxdankı və dəyərli NATO müttəfiqi və ABŞ-ın təhlükəsizlik üzrə tərəfdaşıdır. ABŞ Dövlət Departamentinin xaricdə Amerika vətəndaşlarının müdafiəsi və təhlükəsizliyindən üstün prioriteti yoxdur. ABŞ-ın xaricdəki səfirlikləri və konsulluqları regionda baş verən müəyyən hadisələr və dəyişikliklər barədə ABŞ vətəndaşlarını real vaxtda məlumatlandırmaq üçün xəbərdarlıqlar verir. Bu, ikitərəfli siyasi və ya iqtisadi mülahizələrdən asılı olmayaraq edilir”, - deyə Dövlət Departamentinin sözçüsü bildirib. Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri ABŞ səfirindən "çirkli əlləri" ölkədən çıxarmağı tələb etmiş, həmçinin onu Türkiyəni "həyəcanlandırmaq" cəhdində ittiham etmişdi.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...