Səudiyyə Ərəbistanı Kabildəki səfirliyinin əməkdaşlarını təxliyə edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı ISNA agentliyi diplomatik mənbələrə istinadən yayıb.
Mənbə yazır ki, bu, “Taliban”ın bütün qadın səfirlik işçilərinin iş yerlərinə getməsinə qadağa qoymasından sonra baş verib.
Belə ki, diplomatik işçilər və onların ailələri Səudiyyə Ərəbistanının Kabildəki səfirliyini tərk edib