Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra İskəndərunda dəniz səviyyəsi yüksəlib.
Ednews Haber Globala istinadən xəbər verir ki, Çay Mahallesi Mete Aslan Bulvarında sahildən içəriyə doğru təxminən 200 metrlik su hövzələri əmələ gəlib.
Su səviyyəsinin vasitələrin təkərləri səviyyəsinə çatdığı bölgədə nəqliyyat sıxlığı da meydana gəldi.
Sürücülər yolda hərəkət etməkdə çətinlik çəkdiyi halda, yol polisi nəqliyyat vasitələrini alternativ yollara yönəldir.
Bu arada dənizdən gələn suyun yalnız yollarda olduğu və evlərə çatmadığı görülüb.
Aynurə İsmayılqızı