Bəhreyn ordusunun komandanı Xəlifə bin Əhməd əl-Xəlifə İranı bölgədə terrorçuluqda və sabitliyi pozmaqda ittiham edib.
Ednews "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Xəlifə bin Əhməd əl-Xəlifə İran körfəzi ölkələrinə qarşı davamlı təhdid və terrora görə molla rejiminə etibar etmədiklərini deyib.
Komandan İranı düşmənçilik siyasətinə son qoymağa çağırıb:
"Körfəz Əməkdaşlıq Şurası ölkələri İrana müxtəlif yollarla cavab verə bilir və biz bütün variantlara hazırıq".
Oğuz Ayvaz