Azərbaycan FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Azərbaycan FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır

Dünya A- A A+
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb edilib.
 
Ednews xəbər verir ki, onlardan 41 nəfəri tibbi personaldır.
 
Həmin şəxslərin bir qrupu Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.
 
Qeyd edək ki, indiyədək Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfər sağ, 29 nəfərin isə meyiti çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Xatırladaq ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108-ə yüksəlib. Yararlıların sayı isə 40910-a çatıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...