Kahramanmaraşda zərər çəkənlərə humanitar yardımlar paylanılır - FOTOLAR - ednews.net

28 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Kahramanmaraşda zərər çəkənlərə humanitar yardımlar paylanılır - FOTOLAR

Dünya A- A A+
Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə bağlı zərərçəkmişlərə humanitar yardımlar paylanılır.
Ednews xəbər verir ki, hazırda yardımlar şəhərin Milli İradə Meydanında vətəndaşlara verilir.
 
TIR-lar vasitəsilə Meydana gətirilən isti geyimlər, yataq dəstləri, ayaqqabılar, corablar, uşaq paltarları və s. əşyalar zərərçəkmişlərə paylanılmaqda davam edir.
 
Eyni zamanda Milli İradə Meydanına səyyar mətbəxlər gətirilib. Burada insanlara isti yeməklər, isti içkilər verilir.
 
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə Azərbaycanda da xilasedicilər və həkimlərlə yanaşı humanitar yardımlar da göndərilib, o cümlədən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.
1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...