Fevralın 13-də Dəmavənd şəhərində molla naməlum şəxs tərəfindən hücuma məruz qalıb və ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ednews “Azad” teleqram kanalına istinadən xəbər verir ki, naməlum şəxs bıçaqla zərbələr vurduqdan sonra hadisə yerindən uzaqlaşıb.
Rəsmi açıqlamada hücumun səbəbləri barədə bildirilməsə də, şahidlər mollanın vətəndaşların geyim tərzinə irad bildirdiyi və onları təhqir etdiyi üçün hücuma məruz qaldığını deyirlər.
Bu səbəbdən son bir neçə ay ərzində İranın Qum, İsfahan, Tehran, Günbəd Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib, onlardan dördü ölüb.
Oğuz Ayvaz