Türkiyədə baş verən zəlzələnin 178-ci saatında möcüzələr hələ də baş verməyə davam edir.
Ednews türk mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı Nuray Gürbüz Hatayda 3 mərtəbəli binanın dağıntıları altından xilas edilib.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb.