ABŞ-ın iki şirkəti Ukrayna ilə 522 milyon dollarlıq müqavilə imzalayıb. Məqsəd Silahlı Qüvvələri üçün artilleriya sursatlarını istehsal etməkdir.
Ednews xəbər verir ki, bu barədə informasiyanı UNIAN agentliyi yayıb.
Mənbə yazır ki, müqavilə “Northrop Grumman Systems” və “Global Military Products” şirkətləri ilə imzalanıb.
Məlumata görə, rəsmi Vaşinqton uyğun qərarı Ukraynanın artilleriya mərmilərinin qısa zamanda tükənəcəyi fonunda qəbul edib.
ABŞ mart ayında Ukraynaya yeni müqavilə ilə sursat çatdırmağı planlaşdırır. Müqavilələr Pentaqonun Ukraynanın təhlükəsizliyini qorumaq təşəbbüsü çərçivəsində bağlanıb.