Verdiyi qərarlarla hər zaman dünya gündəmində olan Şimalı Koreya lideri Kim Çen İnnin qəbul etdiyi sonuncu göstərişi böyük müzakirələrə səbəb olub. Belə ki, Şimali Koreya lideri 10 yaşında olan qızı Ju Ae ilə eyni adı daşıyan insanlardan adlarını dəyişdirilməsi əmr edib.
Ednews “Radio Free Asia”ya istinadən xəbər verir ki, ölkənin səlahiyyətli şəxsləri Kim Çen İnin qızı ilə eyni adı daşıyanlara zəng edərək bu barədə xəbərdarlıq ediblər.
Artıq Şimali Koreyanın Cənubi Pyonqyanq bölgəsində adı Ju Ae olan qadınların adlarını dəyişməyə başlanıldığı bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl də Kim Çen İn buna bənzər qərar qəbul edib. Şimali Koreya lideri öz həyat yoldaşı Sol Ju-nun adaşlarına da bu göstərişi verib.
Əbülfət Baxşəli