Azərbaycan və Ermənistan regionda hərtərəfli və davamlı sülh prosesinə qayıtmaq üçün gərginliyi azaltmalı və nəticə əldə etmək üçün uyğun bir yol tapmalıdır.
Ednews xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ararat Mirzoyanın Türkiyəyə səfərini şərh edərkən səsləndirib.
“Birləşmiş Ştatlar danışıqlar prosesində hərtərəfli iştirak edir və onu irəli aparmaq üçün mümkün olan hər şeyi edir. Ümid edirik ki, digər ölkələrin də bu məsələ ilə bağlı oxşar mesajı olacaq, amma mən başqalarının əvəzinə danışmaq istəmirəm”, deyə o, qeyd edib.