Belarus Prezidenti Aleksandr Lukaşenko hansı halda ordudan istifadə etməyə hazır olacağını açıqlayıb.
Ednews BelTA-ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Mən hələlik yalnız bir halda Belarus ərazisindən rusiyalılarla birlikdə döyüşməyə hazıram: əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə gəlsə, mənim insanlarımı öldürsə... Əgər Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq. Müharibə isə tamam başqa xarakter alacaq”, - deyə Belarus lideri vurğulayıb.