MAQATE müfəttişləri İranda 84%-ə qədər zənginləşdirilmiş radioaktiv uran aşkar ediblər ki, bu da faktiki olaraq silah səviyyəsindədir.
Ednews xəbər verir ki, bunun nüvə silahının hazırlanması üçün lazım olan səviyyədən cəmi 6% az olduğu bildirilib.
Artıq Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın bu qədər yüksək zənginləşdirilmiş uranı necə topladığını öyrənmək niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, bu, bu ay aşkar edilən ikinci “şübhəli zənginləşdirmə ilə bağlı fəaliyyət” hadisəsidir.
Zinyət