Dünən axşam saatlarında Türkiyənin Hatay vilayətində üç dəqiqə fasilə ilə baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlər çox sayda bina ilə yanaşı qəbiristanlığa da ziyan vurub.
Ednews Türkiyə mediasına istinadən xəbər verir ki, Antakyada Asri məzarlığında bəzi qəbirlər zəlzələnin şiddətindən dağılıb, bəziləri isə, hətta yola uçub.
Qəbiristanlıqda yaranmış acınacaqlı mənzərə sakinlərin narahatlığına səbəb olub.