Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyaları 17 dəqiqəlik fasilə ilə iki zəlzələ qeydə alıb.
Ednews xəbər verir ki, onlardan biri 4.1 bal gücündə Astana vaxtı ilə saat 08:01-də Almatıdan 424 km şimal-şərqdə, Qazaxıstan ərazisində baş verib.
İkinci zəlzələ 5.7 bal gücündə saat 08:18-də Tacikistan ərazisində, Almatıdan 645 km cənub-qərbdə baş verib.