Xankəndi-Bakı dialoqu üçün beynəlxalq mexanizm Ermənistan-Azərbaycan sülh sazişindən kənarda yaradıla bilər.
Ednews xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Xankəndi-Bakı dialoqu üçün beynəlxalq mexanizm olmasa, İrəvan sülh sazişini imzalayacaqmı?” sualına cavab verərkən səsləndirib.
Onun sözlərinə görə, önəmli olan mexanizmin harada göstərildiyi deyil, mövcudluğudur:
“Ola bilər ki, mexanizm sülh müqaviləsi ilə deyil, digər mümkün beynəlxalq müqavilələr və ya beynəlxalq struktur çərçivəsində yaradılsın”.
Qriqoryan vurğulayıb ki, Ermənistan üçün prioritet onun harada yazılacağı deyil, mexanizmin özüdür.