Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Ednews xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.
Məlumata görə, görüşdə Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda son proseslər müzakirə olunub.
Eyni zamanda tərəflər Laçın yolu və Qarabağ mövzuları barədə danışıblar.