TikTok-dan gələn təhlükə - ABŞ və Kanadada YENİ QADAĞA - ednews.net

26 Mart,

(+994 50) 229-39-11

TikTok-dan gələn təhlükə - ABŞ və Kanadada YENİ QADAĞA

Dünya A- A A+
  
TikTok ABŞ Federal agentliklərində və Kanada hökumətində mobil cihazlardan bloklanıb
Ağ ev bütün agentliklərinə TikTok tətbiqini cihazlarından silməyi tələb edib. 
Ednews xarici KIV-ə istinadən xəbər verir ki, bunun üçün o, agentlərə  otuz gün vaxt verib. Kanada da Pekinin istifadəçi məlumatlarına daxil ola biləcəyindən qorxaraq, məmurlarının telefonlarından sosial şəbəkəni dərhal sildirib.
Bundan əvvəl ABŞ Müdafiə və Daxili Təhlükəsizlik Nazirliyi kimi bəzi qurumlar artıq bu məhdudiyyət tətbiq ediblər. 
Kanada hökuməti gizlilik və təhlükəsizlik üçün "uyğun olmayan risk səviyyəsinə" istinad edərək işçilərinə mobil cihazlarda TikTok tətbiqini bloklayacağını açıqladı. Qadağa təcili olaraq qüvvəyə minib.
 
Leyla


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...