Martın 25-də Brüssel şəhərində Avroparlamentin qarşısında Avropada yaşayan əsasən Güneyli vətəndaşlarımızın Azadlıq və ədalət yürüyüşü keçiriləcək.
Ednews xəbər verir ki, “Azadlıq, Ədalət, Milli hökümət!” və digər şüarları baş tutacaq bu aksiya Avropa vaxtı ilə 14:00 -17:00 arasında keçiriləcək. Aksiya “Place du Luxembourg” adlı məkandan yürüş şəklində başlanacaq. “Place Schuman Parliament”-in önündə mitinq şəklində davam edəcək. Artıq bir neçə həftədir ki, aksiyanın hazırlanması üzrə Koordinasiya Mərkəzi yaradılıb və Mərkəzin ardıcıl fəaliyyəti nəticəsində rəsmi Brüssel tərəfindən aksiyanın keçirilməsi xüsusunda müsbət cavab alınıb.
“Sən, çağırsan gələrəm mən,
Sən, yaşa Azərbaycan”.
Aysel Şahmar