Pakistanın keçmiş baş nazirini həbs etmək qərarına gəldilər - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Pakistanın keçmiş baş nazirini həbs etmək qərarına gəldilər

Dünya A- A A+
Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xan qadın hakim və polis məmurlarına qarşı hədə-qorxu və “ədəbsiz sözlər” işlətməkdə ittiham olunur. İslamabad Rayon Məhkəməsi buna görə onun həbsinə order verib. 
 
Ednews  Dawn qəzetinə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, Xan zaminə buraxılmaq hüququ olmadan həbs olunmalı və martın 29-dək məhkəmə qarşısına çıxmalıdır.
 
Ötən həftə Xan İslamabad Rayon Məhkəməsində ona verilən xarici hədiyyələrin satışı ilə bağlı açılan cinayət işi üzrə keçirilən iclasa gəlməyib.
 
Keçmiş baş nazirin vəkilləri deyiblər ki, Xanın 2022-ci ilin noyabrında sui-qəsd cəhdi zamanı aldığı yaralara görə səhhəti pisləşib.
 
Yerli KİV-in məlumatına görə, Xan hazırda Pakistanın müxtəlif məhkəmələrində ən azı 37 cinayət işi ilə üz-üzədir. Bu işlərin demək olar ki, hamısında dövlətə xəyanət və terrorizmdən tutmuş küfr etməyə qədər maddələrlə ittiham olunur.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...