Misir parlamentinin dini komitəsinin rəhbəri Azərbaycanın Qahirədəki səfiri ilə görüşüb.
Ednews xəbər verir ki, Misir Parlamentinin Dini Komitəsinin sədri və Azərbaycan Parlament Dostluq Assosiasiyasının sədri Şeyx Əli Qomaa Azərbaycanın Misirdəki səfiri, səfir İlxan Poloxovu qəbul edib. Görüşdə Misir və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.
İlk olaraq, Şeyx Əli Qomaa səfir Poloxovu salamlayıb, Misir ilə Azərbaycan arasında son illər güclü şəkildə inkişaf edən müxtəlif sahələrdə, o cümlədən Misir Parlamenti ilə Nümayəndələr Palatası arasında əməkdaşlıq və bu tarixi əlaqələrin haqqında dərinliyindən danışıb.
Söhbət zamanı Şeyx Əli Qomaa Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın ötən ay Misirə etdiyi səfərinə toxunub və bunun, həm Misir həmdə Azərbaycanın arasında əlaqələrin inkşaf etməsinə səbəb olacağını vurğulayıb.
Səfir Elxan Poloxov öz növbəsində parlamentlərin ölkələr arasında əlaqələrin qurulmasına kömək edən ən mühüm prinsiplərlərdən biri olduğunu vurğulayıb. O, vurğulayıb ki, parlament dostluq qrupları bu əlaqələrin inkşaf etməsinə mühüm töhfə verir. Səfir Poloxov Prezident Əbdülfəttah əs-Sisinin bu ilin yanvarında Azərbaycana səfərinin Misirlə Azərbaycan arasında münasibətlərin tarixində yeni səhifə açdığını da bildirib.
Loğman Yunis