Türkiyədə VƏZİYYƏT GƏRGİNDİR - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Türkiyədə VƏZİYYƏT GƏRGİNDİR - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Dünya A- A A+

Türkiyədə güclü zəlzələlərin baş verdiyi bölgədə bu gün başlayacaq, göy gurultusu ilə müşayiət olunacaq leysan yağışların axşam saatlarından sonra intensivləşəcəyi gözlənilir. 

Ednews Türkiyə KİV-nə istinadən xəbər verir ki, yağıntının bütün zəlzələ bölgəsində güclü, Adıyaman vilayətində, Şanlıurfanın şimal və qərbində, Kahramanmaraşın cənubunda və şərqində, Qaziantepin şimalında və şərqində çox güclü olacağı proqnozlaşdırılır. 

Kahramanmaraş, Adıyaman, Malatyanın dağlıq ərazilərində güclü sulu qar və qar yağacağı təxmin edilir. 

Bölgədə son günlər yağan leysanla əlaqədar çaylarda suyun səviyyəsinin qalxması və gözlənilən yeni intensiv yağışlar, sel və daşqınlar, tufan, şimşək çaxması, dolu, güclü külək və qar səbəbindən buzlaşmaya görə tədbirli olmaları, nəqliyyatda gecikmələrə qarşı səbirli davranmaları barədə əhaliyə xəbərdarlıq edilib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...