Ermənistanda çağırışçı qadınlar üçün hərbi hissə tikilir? - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ermənistanda çağırışçı qadınlar üçün hərbi hissə tikilir?

Dünya A- A A+
Ermənistan müdafiə naziri Suren Papikyan qadın alayının nəzərdə tutulduğu N saylı hərbi hissənin ərazisinə və çağırışçı qadınların tədris mərkəzinə baş çəkib.
 
Ednews “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Müdafiə Nazirliyinin əsaslı tikinti və şəxsi heyətin yerləşdirilməsi idarəsinin rəisi nazir Papikyana yenidən qurulacaq və təmir olunacaq binaların təfərrüatları barədə məlumat verib.
 
Daha əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, Ermənistanda qadınların könüllü hərbi xidmət keçməsi üçün imkanların yaradılması ilə bağlı müzakirələr aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...