Bayden Missisipidə tornadoya görə fövqəladə vəziyyət elan etdi - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bayden Missisipidə tornadoya görə fövqəladə vəziyyət elan etdi

Dünya A- A A+
ABŞ prezidenti Co Bayden tornado ilə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edib. Ednews xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Bazar günü səhər tezdən Prezident Co Bayden Missisipi ştatında fövqəladə vəziyyət elan etdi və 24-25 mart 2023-cü il tarixləri arasında tornadoların vurduğu ərazilərdə yerli hökumətin yardım səylərini tamamlamaq üçün federal yardım göstərilməsini əmr etdi” , məlumatda deyilir. Martın 26-da Milli İctimai Radio ABŞ-ın Missisipi və Alabama ştatlarında tornadolar nəticəsində azı 26 nəfərin öldüyünü bildirib. Həmin ərazilərdə küləyin sürətinin saatda 129 km-ə çatdığı, yağış və dolu yağdığı dəqiqləşdirilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...