Almaniyada ümummilli tətil başlayıb – Hava limanları bağlandı - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Almaniyada ümummilli tətil başlayıb – Hava limanları bağlandı

Dünya A- A A+
 
Almaniya da enerji böhranı ilə əlaqadar Ümummilli tətil başlayıb.
 
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Almaniya da İctimai nəqliyyat dayanıb: ölkə daxilində böyük tətil səbəbindən qatar və avtobuslar işləmir, hava hərəkəti demək olar ki, tamamilə iflic olub.
 
Almaniyada qatarların, avtobusların və təyyarələrin hərəkəti bazar ertəsi səhər saatlarında dayanıb. Almaniya dəmiryol ittifaqı tərəfindən böyük xəbərdarlıq tətili gecə yarısından bəri davam edir.
 
Milyonlarla sərnişin və səyahətçi, eləcə də yük daşımalarının böyük hissəsi 24 saat davam edən tətildən təsirləniblər. İşlərin dayanması nəticəsində ölkə üzrə nəqliyyatın hərəkətində əhəmiyyətli nasazlıqlar gözlənilir.
Yeddi federal ştatda ictimai nəqliyyat tamamilə donub.
 
Qatarlarda və hava limanlarında xəbərdarlıq tətilləri ilə əlaqədar bir çox səyahətçi və sərnişinlər vaxtı dəyişdirməli olublar. Tətildən əvvəl nəqliyyat sıxlığı maksimal həddə idi.
Tətil başlamazdan əvvəl hökümətin bu qərarı ilə bağlı etirazlar olub.
 
Almaniya  hava limanı assosiasiyasının verdiyi  məlumata görə, 380.000 səyahətçi zamanında istədikləri yerə uça bilməyib. 
 
Bazar günü fəaliyyətini dayandıran Münhen hava limanı kimi Frankfurt hava limanı da işləmir. Bütün bunlar, Pasxa səyahətinə hazırlıqları da çətinləşdirəcək.
 
Yerli nəqliyyat bildirir ki, Dövlət sektoru üçün kollektiv müqavilə ilə birbaşa əlaqəli olan federal ştatlarda yerli nəqliyyat yenidən işə salınmalıdır.
 
Gülməmmədov Xəyal


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...