Rusiyanın Əməkdar artisti Vladimir Smirnov vəfat edib.
Ednews rus mətbuatına istinadən xəbər verir ki, sənətçi 74 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.
O, karyerasına 1977-ci ildə Ryazan Dram Teatrında başlayıb.Vladimir Smirnov “İsti damdakı pişik”, “Hər müdrik adama axmaqlıq bəsdir”, “Qəribə ailə portreti”, “Mənə ay işığı ver”, “Beluginin evliliyi”, “Yaraşıqlı kişi” kimi tamaşalarda oynayıb.