Baş nazir Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Ednews xəbər verir ki, bu barədə informasiyanı "hraparak.am" saytı yayıb.
Mənbə yazır ki, həmsöhbətlər Laçın dəhlizi ilə bağlı məsələləri müzakirə ediblər.
Bölgədə baş verən son hadisələr, Ermənistan-Azərbaycan danışıqlar prosesi və sülh gündəliyi də müzakirə predmeti olub.
Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi istiqamətində ardıcıl iş aparıldığını vurğulayıblar.