Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarus ərazisində nüvə-taktiki silahı yerləşdirəcəyi ilə bağlı məlumatlara ilk dəfə münasibət bildirib.
Ednews xəbər verir ki, dövlət başçısı parlamentin iclasında nüvə silahının Belarusa yerləşdirilməsi ilə bağlı Minsk və Moskva arasında danışıqlar intensivləşdiyini deyib.
Xatırladaq ki, V.Putin bu günlərdə “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.