Polşa Ukraynaya 4 MiQ-29 döyüş təyyarəsi göndərib.
Ednews xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə Varşavada keçirdiyi mətbuat konfransında deyib.
"Son aylarda anbarda olan 4 MiQ-29 qırıcı təyyarə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Hazırda dörd MiQ verilir, ümumilikdə 8 təyyarə verilir. Biz hazırlıq prosesində olan daha 6 təyyarəni verməyə hazırıq. Güman edirik ki, onlar tezliklə transfer oluna bilər", - Polşa Prezidenti qeyd edib.