Dünyada iqlim fəlakətlərindən ən çox təsirlənən ikinci ölkəsi olan Myanmada əhalinin üçdə biri yardımla yaşayır.
Ednews xrici KİV-ə istinadən xəbər verir ki, həddindən artıq isti, daşqınlar, sürüşmələr, yanğınlar baş verən və bunların səbəb olduğu ölüm, aclıq və su çatışmazlığı, yoxsulluq, epidemiyalara səbəb olur. Myanma dünyada iqlim dəyişikliyi ilə əlaqəli ekstremal hava hadisələrinə ən çox məruz qalan ikinci ölkədir. Bundan əlavə, ölkədə siyasi qeyri-sabitlik və silahlı toqquşmaların nəticələri, iqtisadi böhran və pandemiyanın təsirləri də var.
Son 20 ildə dünyada 11 min iqlim fəlakəti bir-birini izləyib, 475 mindən çox insanın ölümünə səbəb olub və ən yoxsul və ən həssas ölkələr bu gün də belə hallarla qarşılaşmağa və ən ağır nəticələrini ödəməyə davam edir.
Mehri Ağayeva