Analitik təhlil: Azərbaycan-İran arasındakı gərginlik müharibəyə səbəb olacaqmı? Aljazeera yazır

Dünya 13:15 10.04.2023
 
Azərbaycanın İsraildə səfirlik açması İran İslam respublikası ilə münasibətləri gərginləşdirib.
 
Bu dəfə məsələ Aljazeera media şəbəkəsində  işıqlandırılıb və son proseslər analitik təhlil edilib. 
 
Ednews Aljazeera.com xəbər portalında Tehranda fəaliyyət göstərən Qafqaz və Mərkəzi Asiya üzrə analitik Vəli Kalecinin məqaləsini təqdim edir. 
 
“Rəsmi Tehran bildirib ki, Azərbaycan-İsrail əlaqələrinin güclənməsindən qaynaqlanan təhlükəsizlik təhdidini nəzərə almaya bilməz. İran və Azərbaycan arasında gərginlik son aylarda durmadan artıb və insidentlər demək olar ki, hər həftə baş verən hadisəyə çevrilib.
İran Xarici İşlər Nazirliyi Azərbaycanın “təxribatçı hərəkətlərə” görə dörd iranlı diplomatı ölkədən çıxarmasından sonra “qarşılıqlı diplomatik addım” atacaqlarını bildirib. 
Bundan başqa Azərbaycan İranın xüsusi xidmət orqanları ilə əlaqədə olmaqda və Xəzəryanı ölkədə dövlət çevrilişinə cəhddə ittiham olunan özünün altı vətəndaşını həbs edib. Bu, son aylarda rəsmi Bakının bütün şübhəli bildikləri Tehranla əlaqələndirdiyi bir sıra həbslərin sonuncusu idi.
 
İranın tarixi rəqibi Türkiyənin yaxın müttəfiqi olan Azərbaycan prezidenti İlham Əliyev yanvarın sonunda Tehrandakl Azərbaycan səfirliyinə basqın edərək onun təhlükəsizlik xidmətinin rəhbərini öldürməsi və digərlərini yaralaması ilə bağlı Tehranı günahlandırıb.
 
İran bildirib ki, insident şəxsi motivləri olan tək silahlı şəxsin işi olduğundan diplomatik münasibətlərə toxunulmamalıdır, lakin Əliyev “terror” hücumunu pisləyərək səfirliyi bağlayıb.
 
Azərbaycan həmçinin İranı Qarabağda davam edən 30 illik münaqişədə Ermənistanı dəstəklədiyinə görə tənqid edib.
 
Milyonlarla türkdilli etnik azərbaycanlının yaşadığı İran isə uzun müddətdir ki, Azərbaycanı şimal-qərb sərhədində separatçı əhval-ruhiyyəni qızışdırmaqda ittiham edir.
İsrail faktoru
 
Lakin ikitərəfli münasibətlərdəki bütün mübahisəli məqamlara baxmayaraq, İranı ən çox qıcıqlandıran Azərbaycan və İsrail arasında bəlkə də sürətlə inkişaf edən münasibətlərdir.
Rəsmi Tehran Bakını Təl-Əvivlə istiləşməyə qarşı getdikcə daha çox xəbərdarlıq edir. 
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının İsrailə ilk səfir təyin etməsindən sonra ölkəsinin səfirliyinin açılışında iştirak etmək üçün Təl-Əvivdə olub.
 
İran Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, bu yeni yanaşma İran üçün milli təhlükəsizliyə təhdid yarada bilər və bu, göz ardı edilə bilməz.
 
İran parlamentindəki siyasətçilərin əksəriyyəti də Azərbaycanın bu addımını pisləyərək, “Dünya müsəlmanları onları məzlum fələstinlilərə qarşı qətl və cinayətlərdə sionist rejimin şəriki hesab edəcəklər” deyə bildiriblər.
 
Tehranda fəaliyyət göstərən Qafqaz və Mərkəzi Asiya üzrə analitik Vəli Kalecinin fikrincə, Azərbaycan və İsrail arasında artan əlaqələrin arxasında müxtəlif səbəblər və məqsədlər dayanır, bunların heç də hamısı birbaşa İranla bağlı deyil.
 
O, Əl-Cəzirə telekanalına müsahibəsi zamanı bildirib ki,  siyasi baxımdan Azərbaycan İsrailə əsas neft tədarükçüsüdür.
 
“Türkiyə, İsrail və Pakistan Azərbaycan Respublikasının üç əsas müdafiə və hərbi ehtiyac mənbəyinə çevrilib”, - deyə o əlavə edib və bunun İranı narahat edən əsas sahə olduğunu vurğulayıb.
Müharibə olacaqmı? 
 
Bakı və Tehran arasında gərginlik getdikcə daha çox hərbi formada özünü büruzə verir.
 
Həm İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), həm də İran ordusu 2020-ci ildə Qarabağ müharibəsi başa çatdıqdan sonra ölkənin şimal-qərb bölgələrində və Azərbaycanla sərhəd yaxınlığında yüksək səviyyəli təlimlərin bir neçə mərhələsini keçirib.
 
Ən ciddisi keçən ilin oktyabrında İran və Azərbaycan arasındakı uzun sərhədin hissələrini qeyd edən Araz çayının bir hissəsi üzərində ilk dəfə olaraq İnqilab Keşikçiləri Korpusunun ponton körpüsü tikməsi olub.
 
İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian Ermənistanın cənubunda yerləşən Sünik vilayətində olub. Bundan başqa İran Ermənistanda konsulluğun açılışı ilə Azərbaycan və Türkiyəyə növbəti birbaşa mesaj göndərib və Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyinə bərabər tutduğunu bəyan edib.
 
Bu addım Azərbaycan və Türkiyənin Naxçıvan ilə Azərbaycan arasında qurmaq istədiyi “Zəngəzur dəhlizi”nə qarşı çıxmaq məqsədi daşıyır ki, bu da İranın Cənubi Qafqaz və onun hüdudlarından kənarda əsas tranzit əlaqəsini faktiki olaraq kəsəcək.
 
Kaleji deyib ki, Tehran və Bakı arasında 30 ildə yaşanan gərginliyin azalması və axmasına bənzər - hazırkı eskalasiya sonda deeskalasiya dövrünə gətirib çıxara bilər.
 
“Son gərginliklər çox ciddi olsa da, hərbi münaqişənin qarşısını alan bir çox amillər, o cümlədən iqtisadi və ticari qarşılıqlı asılılıq, İran, Azərbaycan və Rusiya arasında tranzit yolları, eləcə də Azərbaycanın Naxçıvana çatmaq üçün İranın kommunikasiya yolundan asılılığı var”.
 
O, Tehrandakı səfirliyin bağlanmasına baxmayaraq, İranın Bakıdakı səfirliyi və Naxçıvandakı konsulluqdan əlavə, Azərbaycanın Təbrizdəki konsulluğu vasitəsilə diplomatik kanalların açıq qaldığını qeyd edib.
 
Kalejiyə görə, Ukrayna müharibəsindən sonra İrana getdikcə yaxınlaşan Türkiyə və Rusiya vasitəçi rolunda çıxış edə bilər ki, bu da hazırda Çinin İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasında oynadığı rola oxşardır.
 
“Lakin fakt budur ki, Türkiyə və Rusiya İrandan fərqli olaraq İsrailin Azərbaycan Respublikasındakı rolu, Zəngəzur dəhlizi və İranla Ermənistan arasında ümumi sərhəd təhlükəsi ilə bağlı təhdidedici bir təsəvvürə malik deyillər”, - deyə o, əlavə edib.
 
https://www.aljazeera.com/news/2023/4/8/analysis-will-azerbaijan-iran-tensions-lead-to-war
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı