Amerika lideri Co Baydenin administrasiyası Kiyevin döyüş potensialına və Ukrayna Silahlı Qüvvələrinin (AFU) uğur əldə etmək qabiliyyəti haqda bədbin fikirdədir.
Kiyevin qarşıdakı aylarda münaqişə zonasında çıxılmaz vəziyyətə düşəcəyi proqnozlaşdırılır ki, bu da onu “uğur əldə etməyi çətinləşdirəcək”.
"İnternetə sızan sənədlər münaqişənin mümkün dalana dirəndiyini göstərir və bu cür məlumatların sızdırılması kömək etmir ", - deyə bildirilir.
“Washington Post” daha əvvəl qeyd edib ki, Ukraynanın əks-hücumunun nəticələri təvazökar olacaq və Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin məqsədlərinə çatmaq qabiliyyətinə şübhə edir.
CNN isə öz növbəsində bildirib ki, məxfi sənədlərin sızması səbəbindən Kiyev “hərbi planlarını” dəyişməli olub.
Söhbət aprelin 6-da və 8-də baş verən Pentaqonun iki böyük məxfi sənədlərinin bir anda sızmasından gedir.
Sənədlərdə Ukrayna ordusunun hazırkı vəziyyəti, ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrinin mövqelərini gücləndirmək planları barədə məlumatlar yer alır, lakin ABŞ Müdafiə Nazirliyinin başlatdığı araşdırmaya görə bu proses ləngiyə bilər.
İnternetə sızan sənədlər martın əvvəlinə aid olub. 100-dən çox sənədin internetə sızdırıldığı iddia edilir.
Xatırladaq ki, aprelin 10-da Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ rəsmiləri hələ ki, məxfi sənədlərin necə sızması ilə bağlı vahid versiyaya gəlməyiblər…
Varis Cəfərov