Mayın 3-ü səhər saatlarında rəsmi Kiyev bildirib ki, Rusiya altı gün ərzində Kiyevə üçüncü gecədir hava hücumunu həyata keçirib. Lakin hava hücumundan müdafiə sistemləri bütün dronlarını məhv edib, itkilər və dağıntılar barədə isə məlumat verilməyib. Kiyevdə, ətraf bölgələrdə və Ukraynanın şərqində bir neçə saat ərzində hava hücumu sirenləri səslənib , səma yalnız sübh vaxtı təmizlənib.
Kiyevin hərbi administrasiyası ilkin təfərrüatlara istinadən Telegramda bildirib ki, “düşmənin bütün hədəfləri paytaxt ətrafındakı hava məkanında müəyyən edilərək vurulub”.
Rusiya hücumlarda İran istehsalı olan “Şahed” dronlarından istifadə edib. Neçə pilotsuz təyyarənin vurulduğu isə hələ ki, məlum deyil.
Əkbər Şəbəndəyev