"Kremlə dronla edilən gecə hücumları barədə məlumatımız yoxdur".
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov yayıb.
"Lakin prezident dəfələrlə qeyd edib ki, Ukrayna bütün mövcud qüvvə və vasitələrini başqa ölkəyə hücum etməyə yox, öz ərazilərini azad etməyə sərf edir", deyə o bildirib.