"2023-cü il mayın 4-dən 6-dək Çexiyada rəsmi səfərdə olan Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın nümayəndə heyətinin tərkibinə onun həyat yoldaşı Anna Akopyan da daxil edilib. Diplomatik protokolda qəbul edilir ki, dövlət başçılarının dövlət və ya rəsmi səfərləri zamanı onu həyat yoldaşı (əri) müşayiət edə bilər. Ancaq bu, o vaxt reallaşa bilər ki, qarşı tərəf dövlət başçısının xanımını nümayəndə heyətinin tərkibinə protokola uyğun olaraq daxil etməlidir. Yeri gəlmişkən, qeyri-rəsmi səfərlər zamanı Nikol Paşinyanın başçılıq etdiyi rəsmi nümayəndə heyətlərinin tərkibində çox vaxt Anna Akopyanla yanaşı uşaqları da olub".
Ednews xəbər verir ki, bu fikirləri ictimai-siyasi xadim, Ermənistanın Polşadakı sabiq səfiri, Vayots Dzor vilayətinin keçmiş qubernatoru Edqar Qazaryan Facebook səhifəsində yazıb.
O, paylaşımında qeyd edib ki, indiki məqamda digər reallıqlar müşahidə edilir:
"Baş nazirin rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin tərkibində olan Anna Akopyan Nikol Paşinyanın səfəri zamanı heç bir rəsmi görüşdə və ya qəbulda iştirak etməyib".
Edqar Qazaryan qeyd edib ki, Çex Respublikasının liderlərindən heç biri (prezident, baş nazir, parlament palatalarının rəhbərləri) həyat yoldaşları və ya ərləri ilə görüşlərdə olmayıb:
"Anna Akopyan, həmçinin erməni icmasının nümayəndələri ilə görüşlərdə də ərini müşayiət etməyib".
Qeyd edək ki, bundan əvvəl də Ermənistan parlamentinin sədri Alen Simonyan da Anna Akopyanın Qətər Dövlətinin Parlamentinə cins şalvar, idman ayaqqabısı ilə getməsindən yazıb. Rəsmi Praqa səfərində isə baş nazirin həyat yoldaşı fəxri qarovul dəstəsinin qarşısından cins şalvarla keçib.
Aytac