''SpaceX'' və ''Twitter'' şirkətlərinin sahibi İlon Maskın Amerika Birləşmiş Ştatların (ABŞ) Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini salmağı planlaşdırdığı bildirilib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, ''Wall Street Journal''-ın yaydığı məlumata görə, sözügedən şəhər Texas ştatının Ostin şəhəri yaxınlığında yerləşən Bastrop County bölgəsində salınacaq. Planlaşdırılan şəhər Texasda tikilən Maskın “SpaceX” və “Boring” şirkətinin məkanlarına bitişikdir.
Texas qanunvericiliyinə görə, bir şəhər yalnız ən azı 201 sakini olduqda qeydiyyata alına bilər. Bastrop dairəsinin nümayəndəsi bildirib ki, administrasiya nə sahibkardan, nə də onun təşkilatlarından açıqlama alıb.
Oğuz