Ermənistanın “Fly One Armenia” aviaşirkətinin təyyarəsi Dubay aeroportuna buraxılmayıb.
Ednews xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında bildirilib.
Qeyd olunub ki, İrevan-Dubay-İrevan reysini həyata keçirən təyyarənin Dubay “Əl-Maqt” hava limanına enməsi qadağan edilib.
Qeyd edək ki, mayın 7-də Dubay-İrəvan reysi ilə uçan Ermənistan təyyarəsi Dubay hava məkanına buraxılmayıb.