İranda Məhsa Əmini nümayişləri zamanı İsfahan əyalətində 3 mühafizəçinin öldürülməsi hadisəsində "dövlətə qarşı mübarizə aparmaq" ittihamı ilə təqsirli bilinərək edam cəzasına məhkum edilən 3 müttəhim barəsində hökm icra edilib.
Ednews ntv.com.tr-yə istinadən xəbər verir ki¸ İsfahan şəhərinin Hane rayonunda təhlükəsizlik qüvvələrinə hücumun səbəbkarı olduqları iddiası ilə edam cəzasına məhkum edilən Salih Mirhaşimi, Məcid Kazimi və Səid Yakubi edam edilib.
Edam edilən məhbusların ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatı ilə əlaqəli olduğu iddia edilib.
Xatırladaq ki, 2022-ci il sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən nəzarətə alındıqdan sonra xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da ölümü hökumətə qarşı etirazlara səbəb olub. Nümayişlər zamanı yüzlərlə insanın həyatını itirib.
Oğuz