Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun 7-ci uşağı dünyaya gələcək.
Ednews “Metro.co” nəşrinə istinadən xəbər verir ki, məlumatı B. Consonun həyat yoldaşı Kerri Conson açıqlayıb.
Qeyd edək ki, bu, cütlüyün üçüncü övladı olacaq. Lakin sabiq baş nazirin əvvəlki nikahından dörd uşağı var.