Belarus prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı yayıln şayiələrə münasibət bildirib. O, ölmək fikrində olmadığını deyib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı BELTA agentliyi yayıb.
“Əgər kimsə mənim öləcəyimi düşünürsə, rahat olsun. Bu xəbər sadəcə messencerlərdə və Telegram kanallarında yayılan boş söhbətdən başqa bir şey deyil", deyə o, qeyd edib.
Lukaşenko izah edib ki, onun çox sıx qrafiki var.
“Müalicə olunmaq imkanım yox idi. Moskvaya, Qrodnoya, sonra isə Qomelə getməli oldum, gərginliklər üst-üstə yığıldı. Ona görə də mən ölməyəcəyəm, hələ uzun müddət əziyyətimi çəkəcəksiniz”, - Lukaşenko bildirib.