“Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb və bir neçə gündür davam edir”.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir.
Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək:
“Biz yalnız işğal olunmuş ərazilərin işğaldan azad edilməsi üçün çalışırıq. Biz silahlardan Donbas və Krımda Rusiyanın mövqelərini məhv etmək üçün istifadə edirik”.