İran müxalif jurnalistlərin ailələrini girov götürür - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

İran müxalif jurnalistlərin ailələrini girov götürür

Dünya A- A A+
Molla rejimi xaricdə mühacirətdə yaşayan müxalif jurnalistlərin İranda yaşayan ailə üzvlərini girov götürür.
 
Ednews "Azad" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Avropada fəaliyyət göstərən jurnalist Şima Şəhrabi məlumat yayıb.
 
O özünün Avropadakı media fəaliyyətlərinə görə 3 həftə öncə qardaşı Səccad Şəhrabinin təhlükəsizlik məmurları tərəfindən həbs edildiyini bildirib.
 
Xatırladaq ki, bundan əvvəl Sərhədsiz Reportyorlar Təşkilatı xaricdə yaşayan iranlı jurnalistlərin və hökumət əleyhdarlarının ailələrinin Tehran rejimi tərəfindən girov götürülməsi ilə bağlı xəbərdarlıq etmişdi.
 
Oğuz


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...