ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücumda şübhəli bilinən şəxs saxlanılıb.
Ednews xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, hücumda şübhəli bilinən şəxs ABŞ polisinin əməliyyatı nəticəsində saxlanılıb, onun şəxsiyyəti ilə bağlı hazırda məlumat verilmir.
Qeyd edək ki, ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücum edilib. Naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb.