Belarus prezidenti Aleksandr Lukaşenko bəzi taktiki nüvə silahlarının Moskvadan Minskə ötürülməsinin başlandığını təsdiqlədikdən bir neçə gün sonra “Rusiya və Belarus İttifaqı dövlətinə” qoşulmaq istəyənlərə nüvə silahı veriləcəyini iddia edib.
Ednews xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin müttəfiqi Belorusiya prezidenti Lukaşenko “Rossiya 1” kanalına verdiyi müsahibəsində deyib.
Müsahibə zamanı Lukaşenko deyib:
“Heç kim Qazaxıstanın və digər ölkələrin bizim Rusiya Federasiyası ilə eyni yaxın münasibətlərə malik olmasına fikir vermir. Bu, çox sadədir. Belarus və Rusiya Birlik Dövlətinə qoşulan hamı üçün nüvə silahı olacaq”.
Qeyd edək ki, 1999-cu ildə imzalanmış Belarus və Rusiya İttifaq Dövlətinin yaradılması haqqında Saziş iki ölkə arasında iqtisadi, informasiya, texnologiya, kənd təsərrüfatı və sərhəd təhlükəsizliyini əhatə edən geniş miqyaslı ittifaq üçün hüquqi əsas yaradıb.
Aysel Şahmar