Rusiyadan Kiyevə növbəti RAKET HÜCUMU

Hava hücumundan müdafiə qüvvələri mayın 29-da Kiyevdə Rusiyaya məxsus raketi vurub. Dağıntılar rayonlardan birində yolun üzərinə düşüb. 
 
Ednews  Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
 
O, şəhərin mərkəzində partlayışların baş verdiyini bildirib. Mer şəhər əhalisini qorunmağa çağırıb. 
 
Bundan əvvəl ukraynalı hərbçilər raket hücumu təhlükəsi barədə xəbərdarlıq ediblər.