“Böyük Britaniya kimi Azərbaycan da ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerjiyə doğru irəliləyir ki, bu da dünya əhalisinin artımı və tələblərin artması baxımından vacibdir”.
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson deyib.
O bildirib ki, Böyük Britaniya bərpa olunan enerji mənbələrinin inkişafında Azərbaycana dəstək verməyə hazırdır:
“Öz təcrübəmizi və biliyimizi Azərbaycanla bölüşə bilərik. Bizim çox güclü əməkdaşlığımız var”.