"İran ŞƏT-ə üzv olacaq" - Abdullahiyan

İran bu ilin iyun-iyul aylarında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olacaq.
 
Ednews "Mehrnews"a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan məlumat verib.

“İranın ŞƏT-ə üzvlük məsələsi iyunun 22-dən iyulun 22-dək yekunlaşacaq. ŞƏT-in əsasını təşkil edən ölkələrin parlamentlərinin son qərarı ötən həftə Qırğızıstan parlamentində qəbul edilib, ona görə də İran prezidenti İbrahim Rəisinin iştirakı ilə İran nəhayət ki, daimi üzv olub", - deyə Abdullahiyan əlavə edib.

Eyni zamanda, 2022-ci il sentyabrın 15-də İran Səmərqənddə ŞƏT-ə üzv dövlət statusu almaq üçün üzərinə götürdüyü öhdəliklərə dair memorandum imzalayıb, noyabrın 27-də isə Milli Məclis İranın təşkilata üzvlüyü haqqında qanun layihəsini qəbul edib.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Üzvlər Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistandır. Müşahidəçilər Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.

Dəniz Pənahova
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO