Avropa Siyasi Birliyinin növbəti sammitinin vaxtı və məkanı bəlli oldu

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək.
 
Bunu cümə axşamı Moldovada keçirilən siyasi platformanın dövlət və hökumət başçılarının görüşünün yekunları üzrə Krallığın baş naziri Pedro Sançes deyib.
 
İyulun 1-dən İspaniya altı ay müddətinə Aİ Şurasına sədrlik edir.
“Mənim ölkəm bu forumun növbəti iclasına ev sahibliyi edəcək. İspaniya hamınızı oktyabrın 5-də qədim Qranada şəhərində görməyi səbirsizliklə gözləyir”, - deyə o qeyd edib.
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO