Almaniya "Şimal axını" qaz kəməri partlayışları ilə bağlı yeni araşdırmaya başlayıb.
Ednews euronews-a istinadən xəbər verir ki, ötən həftə Frankfurt şəhərində yaşayış binasında axtarış aparılıb.
Karlsru Federal Prokurorluğunun bu araşdırma ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib. Binanın partlayış işində şübhəlilərdən birinin keçmiş ortağına məxsus olduğu iddia edilir.
2022-ci ilin sentyabrında Danimarkanın Bernholm adası yaxınlığında Rusiyadan qazın birbaşa Almaniyaya nəqli üçün inşa edilmiş “Şimal axını 1” və “Şimal axını 2” xətlərində 4 sızma aşkar edilib. Almaniya prokurorluq orqanları oktyabrın 10-da araşdırmaya başlayıb. Partlayışların qəsdən törədildiyinə dair şübhələr var.
Alman mediasının yaydığı məlumatlarda, Ukrayna ilə bağlı məqamlar da üzə çıxıb. Belə ki, partlayış hadisəsində mərmi şirkətlərinin və Ukrayna ordusu ilə əlaqəli şəxslərin əli olduğu güman edilir. Hələki, yayılan xəbərlərə rəsmi münasibət bildirilməyib.
Törə Zeynal