Yaponiyada Covid-19 epidemiyasından zamanı maskadan istifadə edərkən gülümsəməyi unudanlar təlim almağa başlayıblar.
Ednews ntv-yə istinadən xəbər verir ki, Tokioda yerləşən "Egaoiku" təbəssüm təlim mərkəzinin yaradıcısı Keiko Kawano ölkədə təxminən 3 ildir davam edən Covid-19 epidemiyası zamanı maska taxmağın vərdiş halına gəldiyini və buna görə də bir çox insanın daha az gülümsədiyini söylədi. Bəzi insanların uzun fasilədən sonra üzlərini açaraq gülümsəməyi unudub sosial həyata qarışmaqda çətinlik çəkdiyini ifadə edən Kawano, maska istifadəsinin ləğvi ilə təbəssüm təlimlərinə tələbatın artdığına diqqət çəkib.
Məşq zamanı üz əzələlərini düzgün hərəkət etdirməyə fokuslandıqlarını qeyd edən Kawano, "Şüurlu şəkildə gülümsəyərək insanları xoşbəxt etməyi hədəfləyirik. Buna töhfə verməkdən son dərəcə xoşbəxtik" deyə qeyd edib.
Təbəssüm təliminə qatılan tələbələrdən Mariko Canada, epidemiya zamanı davamlı olaraq maska istifadə etdiyi üçün təbəssümünə əhəmiyyət vermədiyini və yenidən gülümsəmək üçün təlimə qatıldığını söylədi. Tamaki Sato isə qatıldığı məşq zamanı yanaq və göz bölgəsindəki əzələləri düzgün hərəkət etdirməyi, sağlam gülümsəməyi öyrəndiyini bildirib. Digər iştirakçı Yuqa Sanpei “Belə bir təlimin olduğunu eşidəndə düşündüm ki, mütləq iştirak etməliyəm”.
Oğuz